Millimiz Şimali Makedoniya səfərində
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Msport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq. Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, son tur öncəsi qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.
9 iyun
21:00. Şimali Makedoniya (Qadınlar) – Azərbaycan (Qadınlar)
Baş hakim: Teona Sturua
Baş hakimin köməkçiləri: Elene Eloşvili, Sopo Tsulaya
Dördüncü hakim: Tamta Şengelia
(Hakimlər briqadası Gürcüstandandır)
Bitola, “Petar Miloşevski” stadionu







