featured-image-4713

Bu gün final mərhələsi 2023-cü ildə Estoniyada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, Azərbaycan millisi B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.

Bu qrupun oyunları bu il 1 avqust – 20 noyabr tarixlərində Slovakiyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

Bənzər xəbərlər