featured-image-76413

Azərbaycan millisi “FIFA Series – 2026” çərçivəsində bu gün ikinci oyununa keçirib

Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Syerra Leone yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olub.

Millimiz əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında qalib gəlib.

Xatırladaq ki, komandamız martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

“FIFA Series – 2026”

30 mart

19:00. 19:00. Azərbaycan – Syerra Leone – 1:1 (Penaltilər – 9:8)

Qol: Kanu, 28 (0:1), Rahil Məmmədov, 72 (1:1)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bənzər xəbərlər