Millimizdə 25 futbolçu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, yığmanın baş məşqçisi Samir Əliyev martda keçiriləcək görüşlərə 25 futbolçu çağırıb.
Millimiz martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki görüşə çıxacaq. Yığmamız martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət milli komandaları ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.
| 1 | Amin Ramazanov | Qarabağ |
| 2 | Rüstəm Samiqullin | Sabah |
| 3 | Yusif İmanov | Sabah |
| 4 | Süleyman Damadayev | Şamaxı |
| 5 | İbrahim Ramazanov | Qəbələ |
| 6 | Seymur Məmmədov | Sabah |
| 7 | Cəlal Hüseynov | Arda Kardzali (Bolqarıstan) |
| 8 | Həzrət İsayev | İmişli |
| 9 | Abdulla Rzayev | Araz-Naxçıvan |
| 10 | Rüfət Əhmədov | Kəpəz |
| 11 | Rüfət Abbasov | Neftçi |
| 12 | Ayxan Süleymanlı | Sumqayıt |
| 13 | Qurban Səfərov | Şamaxı |
| 14 | Nazim Həsənzadə | Zirə |
| 15 | Camal Cəfərov | Kəpəz |
| 16 | Ramin Nəsirli | Araz-Naxçıvan |
| 17 | Xəyal Əliyev | Sabah |
| 18 | Murad Vəliyev | Nomme Yunayted (Estoniya) |
| 19 | Fərid Yusifli | Turan Tovuz |
| 20 | Emil Səfərov | Qəbələ |
| 21 | Zeynəddin Abdurahmanov | Səbail |
| 22 | Samir Abdullayev | Səbail |
| 23 | Mehrac Baxşalı | Qəbələ |
| 24 | Nəriman Axundzadə | Qarabağ |
| 25 | Ağadadaş Salyanski | Neftçi |







