Millimizdən biabırçı məğlubiyyət
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşıb. Matç rəqib yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.
5 iyun
22:00. Azərbaycan – Malta – 0:2
Qol: Mbong, 65, Satariano, 86
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu







