Millimizin futbolçusu avrokubok oyunu üçün İrəvandadır
“Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat-Armenia” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün komandası ilə birlikdə İrəvana gedib.
Msport.az xəbər verir ki, Albaniya təmsilçisi hazırda Ermənistan paytaxtındadır.
İyulun 13-də keçiriləcək “Ararat” – “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







