Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, Bitola şəhərində baş tutacaq qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Teona Sturua olacaq. Ona yan xətt hakimləri Elene Eloşvili və Sopo Tsuluya kömək edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını isə Tamta Şengeliya yerinə yetirəcək.
Qeyd edək ki, “Petar Miloşevski” stadionunda keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.







