featured-image-4681

Yığmamızın Millətlər Liqasındakı rəqibi Qazaxıstan komandamızla oyundan öncə yoxlama görüşü  keçirib.

Msport.az xəbər verir ki, Qazaxıstan millisi “Astana Arena”da ölkənin U-21 komandası ilə qarşılaşıb. Əsas yığma  4:1 hesabı ilə qalib gəlib.

Əsas millinin qollarını Aleksandr Maroçkin (29, 45), Maksim Samorodov (47) və Aleksey Şetkin (81, pen.) vurublar.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də “Astana Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər