featured-image-3481

Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığmasının üzvü Nurlan Dairov zədələnib.

Msport.az xəbər verir ki, o, klubu “Taraz”ın heyətində sıradan çıxıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Qazaxıstan millisi C liqasının 3-cü qrupunda ilk görüşünü evdə Azərbaycana qarşı keçirəcək. Matç iyunun 3-ü Bakı vaxtı ilə saat 18:00-da başlyacaq.

Bənzər xəbərlər