Millimizin sabiq oyunçusu Ukrayna klubuna transfer olundu
“Sumqayıt” klubundan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.
Msport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “İnqulets”lə bir illik müqavilə imzalayıb.
Nağıyev 2021-ci ilin yanvarından “gənclik şəhəri” təmsilçisinin formasını geyinib. O, 2018-ci ilin iyulunda “Sumqayıt”la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi “Cova da Piedade” klubuna keçib. Nağıyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.