featured-image-33198

“Qarabağ”a uğurlar arzu edirəm”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

“Qarabağ”ın bu gün UEFA Çempionlar Liqasında Cəbəllütariq “Linkoln”una qarşı keçirəcəyi I təsnifat mərhələsinin ilk oyununu şərh edən mütəxəssis bildirib ki, müasir futbolda heç bir rəqibi kiçiltmək olmaz: “Hər bir komandaya ciddi yanaşmaq lazımdır. “Linkoln” öz ölkəsinin çempionudur. Avrokubok təcrübəsi, heyətində İspaniyadan oyunçular var”.

Abbasov “Qarabağ”a inandığını söyləyib: “Komandaya Çempionlar Liqasının qrupuna düşməyi arzulayıram”.

Qeyd edək ki, bu gün “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Bənzər xəbərlər