featured-image-7963

Polşa futbolunun əfsanələrindən biri “Lex” və “Legiya” kimi klublarda oynamış Yerji Podbrodnı “Qarabağ”a məğlubiyyətdən (1:5) Poznan klubunu tənqid edib.

Msport.az “TVP Sport”a istinadən xəbər verir ki, veteran futbolçu Polşa komandasının müdafiədə çox zəif təsir bağışladığını deyib: “Müdafiə xətti birinci matçla müqayisədə çox pis oynadı. Radoslav Muravski ortada pis təsir bağışlamırdı. Lakin rəqibin bütün hücumlarını o tək qarşılaya bilməzdi. Bilirik ki, müdafiə və taktiki intizam nə dərəcədə vacibdir. Bakıda bu intizamı görmədik.

Podbrodnı “Lex”in Konfrans Liqasında da çox gedəcəyinə şübhə ilə yanaşır: “Təəssüf ki, orda da qrupa düşmək asan olmayacaq. “Lex” ya “Slovan”, ya da Batumi “Dinamos”su ilə görüşəcək və mən əmin deyiləm ki, poznanlılar növbəti mərhələyə keçəcək. Eyni şey digər Polşa komandalarına da aiddir. Bəlkə “Rakov” qrupa düşdü? Bu klub məndə daha yaxşı təəssüratlar buraxıb.

Bənzər xəbərlər