Murad Musayev "Qarabağ"ın hansı futbolçusunu təriflədi? - "Yüksək səviyyəli forvarddır"
“Sabah”ın baş məşqçisi Murad Musayev Artyom Dzyubanın karyerasını Azərbaycanda davam etdirə bilməsi ilə bağlı yaranan söz-söhbətə münasibət bildirib.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis “Zenit”in sabiq forvardının istənilən klubumuzu gücləndirə biləcəyini deyib:
“Düzü, o qədər də inanmıram ki, o, Azərbaycan klubuna transfer olsun. Əgər keçsə, istənilən klubu gücləndirə bilər. ”
Neftçi” bundan sonra hansı futbolu oynayacaq, demək çətindir. Onların baş məşqçisi dəyişib və hazırda təlim-məşq toplanışındadırlar. Təzəlikcə onların bir oyununu da görməmişəm.
“Qarabağ” kombinasiyalı oyun nümayiş etdirir, hardasa bir az “Krasnodar”ın oyun stilinə uyğun. Onların mərkəz hücumçusu irəlidə çox pressinq edir, böyük iş görür. O, topsuz çox hərəkət edir, qaçır. Bu heç də Artyomun oyunu deyil. Hücum nöqteyi-nəzərindən, oyunu başa düşmək baxımından – bu, yüksək səviyyəli forvarddır. İstənilən modeldə oynaya bilir”.