featured-image-9068

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Qarabağ” haqqında fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib.

“Liqadakı ilk matçda yaxşı çıxış etmək bizim üçün vacibdir. Müşahidəçilərimizdən biri İsveçrədə “Qarabağ”ın oyununda idi. O, rəqibi təhlil etməyə kömək göstərəcək”.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-10-da Budapeştddə keçirəcək.

Bənzər xəbərlər