featured-image-33130

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutunun paytaxt klubundakı köməkçiləri müəyyənləşib.

Msport.az xəbər verir ki, Boqdan Patraşku, Alin Çita və Mixay Nadeban 44 yaşlı mütəxəssisin korpusunda yer alacaq.

Rumıniyalı məşqçilər heyətinin “Neftçi”dəki illik məvacibi isə ümumilikdə 700 000 avro olacaq. Bununb 500 000 avrosu Mutuya, yerdə qalan 200 000 avrosu isə köməkçilərinə çatacaq.

Qeyd edək ki, “Neftçi” artıq Mutu ilə rəsmi müqavilə imzalayıb.

Bənzər xəbərlər