featured-image-4499

Namik Ələskərov “Bursaspor”da 2021/2022 mövsümündə ən çox meydana çıxan futbolçular sırasında yer alıb.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü 2 min 414 dəqiqə ilə 2-ci pillədə qərarlaşıb. Siyahıya 2 min 948 dəqiqə ilə Burak Altıparmak başçılıq edir. Luka Tsapan 2 min 372 dəqiqə ilə 3-cüdür.

Qeyd edək ki, “Bursaspor” 2021/2022 mövsümündə Türkiyə 1-ci liqasında 17-ci yer tutub və 2-ci liqaya düşüb.  Müqaviləsinə xitam verilən Ələskərov komandadan ayrılıb.

Bənzər xəbərlər