featured-image-1480

Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge Aue” də növbəti matçına çıxıb. Aue təmsilçisi səfərdə “Haydenhaym”ı 2:0 hesabı ilə məğlub edib.

Start heyətdə meydana çıxan Nazarov sonadək oynayıb.

Qeyd edək ki, 30 oyuna 22 xal toplayan “Ersgebirge Aue” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər