featured-image-39962

ABŞ-ın “Los-Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.

Msport.az xəbər verir ki, 39 yaşlı oyunçu buna “Yuta Caz”a 131:99 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Bu görüşdə 17 xal toplayan təcrübəli basketbolçu NBA-da 39 min xalı keçən ilk idmançı kimi tarixə düşüb.

2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.

Bənzər xəbərlər