featured-image-7940

“Qarabağ”ın “Lex” üzərində 5:1 hesablı parlaq qələbəsi Polşada böyük məyusluq doğurub. Msport.az xəbər verir ki, oyun başa çatan kimi yerli mətbuatda Poznan klubunu tənqid edən yazılar dərc olunub. “Sport.pl” saytı matçla bağlı yazısına “Lex Poznan tarixə düşdü. Necə də ayıbdır. Utancverici rekord” başlığını qoyub:

“Poznandakı ilk oyundan sonra növbəti mərhələyə yüksəlməyə ümid etmək olardı. Çünki “Lex” gözlənilmədən 1:0 hesabı ilə qalib gəldi. Ona görə də komanda Bakıya başları dik getmişdilər. Amma Azərbaycan paytaxtında “Lex” sadəcə olaraq özünü ələ saldı. Polşa çempionu 1:5 hesabı ilə məğlub oldu və rüsvayçı nəticə ilə mübarizəni dayandırdı: özü də Çempionlar Liqasının elə 1-ci təsnifat mərhələsində. 1992-ci ildən yaradılan Çempionlar Liqasında Polşa klubları heç vaxt belə erkən mübarizəni dayandırmamışdılar. İndiyədək iki Polşa təmsilçisi mübarizəni iyulda dayandırıb. Söhbət 2019-2020-də “Piast” və 2009-2010 mövsümündə  “Visla Krakov”dan gedir. “Piast”üçün “qara gün” iyulun 17-də, Krakov komandası üçün isə 22-də olmuşdu. Bu o deməkdir ki, “Lex” ən tez dayanan klub ünvanını “əldə etdi”.

Bənzər xəbərlər