featured-image-34451

Meksikanın “Krus Asul” klubunun futbolçusu Auqusto Lotti ilə maraqlanan Azərbaycan komandasının adı açıqlanıb.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçunun “Neftçi”nin transfer gündəmində olduğu bildirilir. 

Onun sözlərinə görə, “ağ-qaralar”la yanaşı, Yunanıstanın “Volos” və Argentinanın “Taleres” klubu da Lottini heyətə qatmaq niyyətindədirlər. Lakin futbolçu özü Avropaya köçməyi planlaşdırdığını “Krus Asul” rəhbərliyinə bildirib.

“Neftçi” onu icarəyə götürməsi nəzərdən keçirir. Auqusto Lottinin “Krus Asul”la müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.

Bənzər xəbərlər