featured-image-9015

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” və “Aris” (Kipr) arasında keçiriləcək oyundan öncə və sonra mətbuat konfranslarına giriş üçün maska tələbi qoyulub.

Msport.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan öncə və sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” matçı saat 21:00-da başlayacaq. Kiprdəki ilk oyunda “Aris” 2:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər