featured-image-8216

Latviyanın “Dauqavpils” klubundan ayrılan Asim Əlizadənin karyerasını harada davam etdirəcəyi məlum olub. Msport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıtsa da, yenidən icarəyə veriləcək.

Gənc futbolçu yeni mövsümdən “Şamaxı”nın şərəfini qoruyacaq. Yeni çempionatda yerli futbolçularla çıxış edəcək “qırmızı-ağlar” Əlizadəni 1 illiyinə icarəyə götürəcək.

Bənzər xəbərlər