"Neftçi" daha bir transferi bitirdi
Yaxın vaxtlarda “Neftçi” daha bir transferini açıqlayacaq. Msport.az xəbər verir ki, “ağ-qaralar” Mark Tamaşla razılığa gəliblər.
Macarıstanlı futbolçu Rumıniyanın “Sepsi” klubundan ayrılıb. 30 yaşlı müdafiəçi “Neftçi”yə azad agent kimi gəlir. Tamaş müdafiənin mərkəzində çıxış edir. Qeyd edək ki, “Neftçi” iki mərkəz müdafiəçisi – Voislav Stankoviç və Solomon Kvirkveliya ilə vidalaşıb.
Adrian Mutu paytaxt klubunun sükanı arxasına keçdikdən sonra ÇFR-dən braziliyalı müdafiəçi Yuri Matias da transfer olunub.







