featured-image-7799

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” itki ilə üzləşib.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın hücumameyilli yarımmüdafiəçisi Sezar Meza Kolli avrokubok matçlarında oynaya bilməyəcək.

Paraqvaylı futbolçu komandanın Boludakı təlim-məşq toplanışına aparılsa da, o, hazırlıqda iştirak edə bilməyib. 30 yaşlı futbolçu çarpaz diz bağlarından əməliyyat olunmalıdır.  Öncədən Meza Kolinin menisk yırtığından əziyyət çəkdiyi güman edilsə də, sonradan onun zədəsinin daha ciddi olduğu müəyyənləşib.

Sezar Paraqvaya yollanaraq orada yenidən tibbi müayinədən keçəcək.

Bənzər xəbərlər