featured-image-27012

“Neftçi” kapitanı Emin Mahmudovla danışıqlara başlayıb.

Bu barədə Msport.az-a klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif olunub: “Hər iki tərəf öz şərtlərini irəli sürüb. Müzakirələr davam edir. Ortada konkret bir şey yoxdur”.

Allahverdiyev Azərbaycan millisinin üzvünün Rusiyanın “Lokomotiv” (Moskva) klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirmək istəməyib: “Çünki Eminin kimdən təklif aldığını mən bilə bilmərəm. Nəsə desəm, yalan olar”.

Qeyd edək ki, Emin Mahmudovun “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

CAHİD

Bənzər xəbərlər