"Neftçi" Fransadan müdafiəçi aldı - RƏSMİ
“Neftçi” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi Erfin Koffini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ilə 2 illik müqavilə bağlanıb. 28 yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Koffi son olaraq Fransanın “Pou” klubunda çıxış edib. O, son mövsüm ərzində 40 oyunda iştirak edib, 1 qol və 3 assistlə yadda qalıb.







