"Neftçi" ilk legioner transferini rəsmiləşdirdi
“Neftçi” yeni mövsümün ilk transferini həyata keçirib. Msport.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Aşdod” klubu ilə müqaviləsi başa çatan Ataa Caberlə anlaşıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi artıq Bakıdadır və “Neftçi” yaxın vaxtlarda müqavilə bağlanması ilə bağlı xəbəri açıqlayacaq.
“Aşdod”un heyətində 30 oyuna 2 qol vuran Caber daha əvvəl Hayfa “Makkabi”si və “Bney-Saxnin”da da çıxış edib.
O, 2015 – 2017-ci illərdə İsrailin U-21 yığmasının şərəfini qoruyub.