"Neftçi" Macarıstan millisinin üzvünü transfer etdi
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, “ağ-qaralar” “Sepsi”dən ayrılan Mark Tamaşı transfer edib. Macarıstanlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
Mark “Neftçi”də 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Tamaş Macarıstan millisinin də üzvüdür.







