featured-image-33186
“Neftçi” klubunun Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf bu gün Adrian Mutu ilə görüşüb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə “Neftçi”nin hazırki durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
“Neftçi” PFK-nın baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: “Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına mailk klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə – Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bununla bağlı məbuat konfransı təşkil olunacaq.  
media-358688309_772199514906531_4395664465398924267_n

Bənzər xəbərlər