featured-image-7512

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” Sloveniyada təlim-məşq toplanışındadır.

Msport.az Kipr klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Xorvatiya təmsilçisi “Slaven Belupo” ilə yoxlama matçı keçirib.

“Aris” fasiləyə 2:0 öndə getsə də, üstünlüyünü qoruyub saxlaya bilməyib və 2-ci hissədə 4 qol buraxıb – 2:4. “Aris”in qollarından birini Qomis vurub, digərini isə “Slaven Belupo”nun futbolçusu öz qapısına göndərib.

“Aris”in start heyəti belə olub: Papastilyanou, Yaqo, Delmiro, Brorsson, Kaju, Broun, Syöke, Mayambela, Struski, Sloqar, Qomis.

Kipr klubu 2-ci hissəyə bu heyətlə çıxıb: Sofroniou, Mussunda, Yablonski, Dede-Lhomme, Pileas, Manu Qarsiya, Sikorski, Pankov, Spolyariç, Djave, İosifidis.

 

Bənzər xəbərlər