featured-image-34122

“Neftçi” daha bir futbolçu ilə razılıq əldə edib. Msport.az xəbər verir ki, “ağ-qaralar” son 2 mövsümü “Ərzurumspor”da keçirən Aaron Olanare ilə razılığa gəlib. Transferin yaxın vaxtlarda açıqlanması gözlənilir.

30 yaşlı futbolçu mərkəz hücumçusu mövqeyində oynayır.

Nigeriyalı forvardı azarkeşlər Moskva ÇSKA-dan da xatırlaya bilərlər. Olanare 2016-2018-ci illər arasında “hərbiçilər”in şərəfini qoruyub.

O, buna qədər “Şutinq Starz” (Nigeriya), “Valerenqa” , “Sarpsborq” (Norveç), “Quançjou” (Çin), “Amkar” (Rusiya), “Beytar Yerusəlim”, “Sıçuan”, “Çançun Yatay” (Çin) klublarının formasını geyinib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

Hücumçu ötən mövsüm Türkiyə I liqasında 23 matçda 4 dəfə fərqlənib.

AYXAN

 

Bənzər xəbərlər