"Neftçi"nin baş məşqçisi məhkəməni uddu
İlfov məhkəməsi “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodana ödəməli olduğu alimentlə bağlı apellyasiya şikayətini təmin edib.
Msport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.
Rumıniyalı mütəxəssisin 2008 – 2021-ci illərdə evli olduğu Prodandan bir övladı var.







