featured-image-5669

“Neftçi”nin baş məşqçi postuna namizəd olan Viktor Qonçarenko Moldovanın “Şerif” komandasını çalışdıra bilər. Msport.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Qonçarenko hazırda “Şerif”in baş məşqçi postuna əsas namizədlərdən biridir. Onunla yanaşı, Rusiyanın gənclərdən ibarət yığmasını çalışdıran Mixail Qalaktionov da Tiraspol təmsilçisinin baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.

Belarus mətbuatının yazdığına görə, Qonçarenko “Neftçi” ilə razılığa gələ bilməyib. Bu üzdən də o, digər təklifləri nəzərdən keçirməklə məşğuldur.

“Neftçi”nin baş məşqçi postuna digər əsas namizəd ukraynalı Yuri Vernidubdur. Hansı ki, o, bir neçə gün öncə məhz “Şerif”in baş məşqçi postundan rəsmən ayrılmışdı. Amma Ukrayna mətbuatına müsahibə verən Vernidub da hazırda ordu sıralarında vətəninin müdafiəsində olduğunu və ölkəsini tərk etmək istəmədiyini bəyan edib.

Bənzər xəbərlər