featured-image-7069

“Neftçi” və “Aris” arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Larnakadakı qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə olunub.

İvan Bebekə Qoran Pataki və Luka Payiç laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Dario Bel yerinə yetirəcək.

Bebek 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında “Braqa” – “Fərərbaxça” matçında (4:1) İstanbul klubunun futbolçularına 3 qırmızı və 8 sarı vərəqə göstərmişdi. Ümumiyyətlə, Bebel daim qalmaqallı qərarları ilə diqqət mərkəzinə düşür. Ötən il Xorvatiya Futbol Federasiyası da onunla bağlı səs yazıları yayıldığı üçün araşdırmaya başlamışdı.  UEFA 2017-cı ildə referini Elit qrupdan 1-ci qrupa salmışdı.

“Qəbələ”nin Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi ilk matç İsveçdən olan hakimlərə  tapşırılıb. Kaspar Syöberqin köməkçiləri Maxs Robin Vilde və Andreas Svensson olacaq. Dördüncü hakim funksiyasını Qranit Maqedonci icra edəcək.

“Zirə”nin İsrailin “Makkabi” (Tel-Əviv) klubuna qarşı Bakıdakı görüşündə isə irlandiyalı ədalət təmsilçisi Rob Hennessi iş başında olacaq. Ona yan xətt hakimləri Emmett Dynan və Dermot Broughto köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.

Qeyd edək ki, hər üç oyun iyulun 21-də gerçəkləşəcək.

Bənzər xəbərlər