featured-image-40495

Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül” (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.

Msport.az xəbər verir ki, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz – Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.

Bənzər xəbərlər