"Neftçi"nin prezidenti istefaya göndərildi
“Neftçi”nin prezidenti Kamran Quliyev vəzifəsindən azad edilib.
Msport.az-ın əldə etdiyi məlumata görə, 45 yaşlı funksioner artıq bu gün klubun bazasında işçilərlə görüşərək vidalaşıb. Yaxın günlərdə yeni prezidentin kimliyinə aydınlıq gələcək.
Qeyd edək ki, Kamran Quliyev 2018-ci ildən “Neftçi”nin prezidenti idi. “Ağ-qaralar” onun rəhbərliyi altında 1 dəfə Azərbaycan Premyer Liqasının (2020/2021) qalibi olub.







