featured-image-6088

“Neftçi”nin UEFA Konfrans Liqasıın II təsnifat mərhələsindəki rəqibi “Aris” daha bir futbolçusu ilə anlaşmanın müddətini uzadıb.

Msport.az xəbər verir ki, Kipr klubu Vanderson De Jesus Martins (Kaju) ilə 2 illik müqavilə bağlayıb. 26 yaşlı braziliyalı futbolçu sol cinah müdafiəçisidir.

O, 2018-2019-cu illər mövsümündə APOEL-də icarə əsasında çıxış edib. Kaju Braziliyanın “Santos”və “Qoyas”, Portuqaliyanın “Braqa” komandalarında da forma geyinib.

Ötən mövsümü icarə əsasında “Aris”də keçirən müdafiəçi 20 oyunda meydana çıxıb.

Bənzər xəbərlər