"Neftçi"nin rəqibi Fransadan hücumçu transfer etdi
“Neftçi”nin UEFA Konfrans Liqasındakı rəqibi “Aris” heyətini gücləndirməkdə davam edir. Msport.az xəbər verir ki, Kipr klubu seneqallı hücumçu Yannik Qomislə müqavilə bağlayıb. 30 yaşlı forvardın son klubu Fransa “Genqam”ı olub.
Karyerasına Seneqalın “Nqor” komandasında başlayan Qomis 2015-ci ildə Fransanın “Orlean” klubuna keçib. 2018-2019 mövsümündə “Lans”ın formasını geyinən futbolçu üç il idi ki, “Genqam”da çıxış edirdi.
O, ötən mövsüm Fransa Liga-2-də 35 oyunda 3 qol vurub.