"Neftçi"nin Rusiyadakı bütün oyunlarını izləmişik" - "Jelezniçar"ın baş məşqçisi
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Jelezniçar”ın baş məşqçisi Nermin Basiç qarşıdakı oyunlar haqqında danışıb.
Msport.az xəbər verir ki, Bosniya və Herseqovina klubu Bakıda keçirilən görüşdə Minsk “Dinamo”sunu 2:1 hesabı ilə məğlub edib. O, artıq “ağ-qaralar” haqqında məlumat toplamağa başladıqlarını deyib:
“Biz hazırlşamağa başlamışıq, rəqibi təhlil edəcəyik. Əslində, bu raunddan qabaq hər iki komandanı təhlil etmişdik. Bakın çox bəyəndim, gözəl şəhərdir. Bura növbəti dəfə gəlməyə, “Neftçi” kimi güclü komandaya qarşı oynamaq üçün səbirsizlənirik.
Səhər evə qayıdacağıq. Çətin ki, yataq. Buna baxmayaraq, təslim olmağı düşünmürük. Bakıya güclü şəkildə qayıdacağıq. “Neftçi”nin Rusiyada keçirilən turnirdəki bütün oyunlarını izləmişik.
Bundan əvvəlki matçlarda iki-üç fərqli sistem tətbiq etmişdik. “Neftçi” ilə oyuna da sürprizlər saxlamışıq. Rəsmi matçlardan qabaq üç yoldaşlıq oyununa çıxmışdıq. Biz hər zaman rəqibə uyğunlaşmağı bacarırıq. Üstün cəhətlərimizdən biri də, budur. Böyük işlər görməyə başlamışıq”.







