"Neftçi"nin yeni transferi düşərgəyə qoşuldu - FOTO
“Neftçi” ilə anlaşan Yuri Matias komandanın düşərgəsinə yollanıb. Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi sosial şəbəkə hesabında Moskavada olduğunu bildirən foto paylaşıb.
Qeyd edək ki, “ağ-qaralar” hazırda Rusiya paytaxtındadırlar. “Neftçi” sabah “Spartak”la yoxlama oyunu keçircək. Oyun saat 21:00-da start götürəcək.
28 yaşlı Matias ÇFR-dən Bakı klubuna keçəcək. Tərəflər müqavilə ilə bağlı bütün məsələləri razılaşdırıblar. Yaxın vaxtlarda paytaxt komandası transferi rəsmən açıqlayacaq.








