featured-image-31834

“Neftçi” avrokuboklar öncəsində transfer çalışmalarına başlayıb. Paytaxt klubu müdafiənin mərkəzini gücləndirmək istəyir. Ötən mövsüm həm Voislav Stankoviç, həm də Solomon Kverkveliya ümidləri doğrultmadılar.

Msport.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” sloveniyalı mərkəz müdafiəçisi Miha Blajiçlə razılığa gəllib. 30 yaşlı futbolçu son mövsümü Fransanın “Anje” klubunda keçirib. O, 2022-2023 mövsümündə Liqa-1-də 24 oyunda meydana çıxıb və 2 qol vurub.

Blajiçin 2025-ci ilə qədər müqaviləsi olsa da, komandası aşağı liqaya düşdüyündən o, “Anje” ilə anlaşmasını pozub və azad agent statusu alıb.

Sloveniyalı oyunçu əvəllər “Ferentsvaroş” (Macarıstan), “Domjale” və “Koper” (hər ikisi Sloveniya) klublarında forma geyinib.

O, Sloveniya millisində 25 oyun keçirib.

AYXAN 

Bənzər xəbərlər