featured-image-6396

“Neftçi” 2022/2023 mövsümünə hazırlığı davam etdirir.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu yeni baş məşqçisi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesindən öncə rumıniyalı mütəxəssis futbolçulara təqdim olunub.

Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə Regekampfın köməkçiləri Viorel Dinu və Boqdan-Kornel Merişanu da iştirak ediblər.

 

Bənzər xəbərlər