featured-image-5702

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlam “Neftçi”ni çalışdıra bilər.

Msport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, artıq tərəflər arasında ilkin danışıqlar baş tutub və razılıq əldə olunub. Yekun qərarın necə olacağı isə bilinmir.

Ərtoğrul Sağlam bu ilin fevralından Cənubi Azərbaycanın “Traktor” klubuna başçılıq edir. O, 2018-ci ildə də Təbriz klubunda baş məşqçi kimi çalışıb. Amma həmin vaxt onun bu klubdakı fəaliyyəti qısa sürüb. 52 yaşlı mütəxəssis 2010-cu ildə “Bursaspor”la Türkiyə Super Liqasının qalibi olub. O, “Kayserispor”, “Beşiktaş”, “Əskişəhərspor”, “Yeni Malatyaspor” və “Samsunspor” kimi komandalara da rəhbərlik edib.

Bənzər xəbərlər