featured-image-9427
Vətən müharibəsi şəhidi, baş leytenant Teymur Tehran oğlu Məcidzadənin anası onu ziyarətə gəlib. Msport.az xəbər verir ki, bu barədə jurnalist Cavid İsmayıl paylaşım edib:
“Şəhid Teymur Məcidzadə “Neftçi” futbol klubunun azarkeşi olub. Başdaşına üzərində “Neftçi 3 : Aris 0” yazılmış kağız da yapışdırılmışdı.
Şəhid balasına ağı deyən ananın sözləri hələ də qulağımda cingildəyir: “Balam, “Neftçi” udanda həmişə sənin ziyarətinə gələcəyəm. Sənin sağlığında çox vaxt uduzardı, sən şəhid olandan sonra udmağa başlayıb”.

Bənzər xəbərlər