featured-image-33227

Neftçi” dünən Adrian Mutunu ilə müqavilə imzaladı. Msport.az xəbər verir ki, görüşdə Müşahidə Şurasının sədri, SOCAR prezidenti Rövşən Nəcəf və digər şəxslər iştirak edib.

Ən maraqlısı isə çəkilən fotolarda Azərbaycan və Rumıniya dövlət adamları arasında işgüzar görüş ab-havasının hiss olunması idi.

Adətən məşqçi ya stadionda, ya də nəsə maraqlı bir yerdə, fərqli bir tərzdə ictimiyyətə təqdim olunur.

Amma “Neftçi”dən başqa da baş məşqçilərini bu cür 70-ci illər ab-havasında təqdim edən klublar var.

Bu günlərdə Stiven Cerard Səudiyyə Ərəbistanının “Əl İttifaq” klubunun sükanı arxasına keçdi. Onun da təqdimatına baxanda elə təəssürat yaranır ki, sanki dövlət başçısı televiziya ilə xalqa müraciət edir. Odur ki, “Neftçi” tək deyil, “Əl İttifaq” kimi bu məsələdə ideya həm ortağı var.

media-WhatsApp Image 2023-07-12 at 11.09.37

media-358438952_772199381573211_624324251342754117_n

AYXAN

Bənzər xəbərlər