featured-image-19594

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib.

Msport.az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.

Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.

Döyüş “Nazia Fighting Championship” tərəfindən təşkil olunacaq.

Fanil Rafikov 21 döyüşdə qalib gəlib, 6 dəfə uduzub. Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.

Bənzər xəbərlər