featured-image-1520

“Qalan oyunlara da bu cür yanaşsaq, liqada qalmaq şansımız arta bilər”.

Msport.az xəbər verir ki, bu fikirləri millimizin və Almaniyanın “Ertsgebirge” klubunun futbolçusu Dmitri Nazarov səfərdə “Haydenhaym”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

32 yaşlı yarımmüdafiəçi cəsarətli oyun səbəbindən komandasının qələbə qazandığını söyləyib: “Bu amil bizi fərqləndirdi. Özümüzlə fəxr edirik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq”.

Nazarov aşağı sıralarda qərarlaşmalarına baxmayaraq hələ də təzyiq altında çıxış etdiklərini deyib: “Çoxları düşünə bilər ki, biz sərbəst oynayırıq. Amma belə deyil. Öz simamımızı qorumağa çalışırıq. Mənim üçün ən həlledici məqam budur. Bu qələbə bizim üçün çox yaxşı oldu”.

Qeyd edək ki, Aue klubu hazırda 22 xalla 18 komanda arasında 17-ci sıradadır.

Bənzər xəbərlər