Polşa millisi Avropa çempionu oldu
Kişilər arasında voleybol üzrə Avropa çempionatına yekun vurulub.
Msport.az xəbər verir ki, finalda son çempion İtaliya ilə Polşa milli komandası qarşılaşıb.
Görüş Polşa millisinin 3:0 (25:20, 25:21, 25:23) hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da polyaklar tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb.
3-cü yer uğrunda oyunda Sloveniya Fransadan üstün olub. Onlar 3:2 hesabı ilə qalib gəlməklə bürünc medal qazanıblar.
Qeyd edək ki, İtaliya, İsrail, Bolqarıstan və Şimali Makedoniyada keçirilən qitə çempionatında 24 komanda iştirak edirdi.