featured-image-17256

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin 9 üzvü Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışına qatılıb.

Msport.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.

Təlimdə İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanistan, Çexiya, Macarıstan və Kosovodan olan 100-ə yaxın idmançı iştirak etdir.

Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edir.

Təlim-məşq prosesi qarşıdakı yarışlarda uğurlu nəticə almaq məqsədi daşıyır.

Bənzər xəbərlər