featured-image-25275

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova moldovalı Mariya Leordaya qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə uduzub.

55 kq-da yer alan Elnurə Məmmədova polşalı Angelika Mitkovskanı məğlub etsə də, 1/4 finalda isveçli Emma Malmqrenə yenilib.

68 kq-da çıxış edən Nigar Mirzəzadə ilk görüşündə slovakiyalı Suzanna Molnara ilə bacarmayıb.

Bənzər xəbərlər